logo

Deputatlığa namizədlər həftəsonu təşviqata başlayacaqlar

11:21 13-01-2020 | icon 2156
Deputatlığa namizədlər həftəsonu təşviqata başlayacaqlar

Yanvarın 17-dən etibarən  Milli Məclisə seçkilər üzrə qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start veriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə  “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, həftəsonundan başlayaraq qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.

Xatırladaq ki, Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yekun olaraq 2431 namizəd müraciət edib. Onlardan 299 nəfəir 19 siyasi partiya, 11 nəfəri təşəbbüs qrupları tərəfindən, 1461 nəfəri isə fərdi qaydada namizədliyini irəli sürüb. Onlardan  1047 nəfərin namizədliyi  MSK tərəfindən qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28 siyasi partiyanın üzvləridir.