logo

İran vurulan tәyyarәyə görə 150 milyon dollar ödәyәcәk

23:17 12-01-2020 | icon 2254
İran vurulan tәyyarәyə görə 150 milyon dollar ödәyәcәk

İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri  yerli "ISNA" agentliyinə açıqlamasında deyib. Onun sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında baş verəcək.

Q.Cahangiri deyib ki, Ukraynaya mәxsus tәyyarә qәzaya uğrasaydı, sığorta şirkәtlәri onu ödәmәli olacaqdılar.Lakin tәyyarә vurulduğuna görә, şәrait dəyişib.

O, daha sonra bildirib ki, "Boeing 737-800" model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә bir qədər köhnə olub- tәxminәn 3 il istismarda olub.

Cahangiri әlavә edib ki, nәticәdә tәyyarәyә dәyәn xәsarәtә görә, 70 milyon dollar ödәnilmәsi proqnoz edilir.

"Beynәlxalq sığorta şərtlərinə әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir" -deyә o, qeyd edib.

Q.Cahangiri deyib ki, lakin bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.
Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.

Xatırladaq ki, yanvarın 8-də  İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu etiraf edib.