logo

Böyük Britaniyanın İrandakı səfirini polis saxlayıb

10:58 12-01-2020 | icon 2324
Böyük Britaniyanın İrandakı səfirini polis saxlayıb

Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera tələbələrin etiraz aksiyasında iştirak etdiyinə görə polis tərəfindən bir neçə saat saxlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, qəzaya uğrayan Ukrayna təyyarəsində ölənlərin anım mərasiminə toplanan tələbələr hökumətin istefasını tələb edərək aksiya keçiriblər. Aksiyada iştirak edənlərdən biri də Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera olub. Səfiri ictimai qaydaları pozduğuna görə polis şöbəsinə aparılıb və bir neçə saat saxlanılıb.

İranın Xarici İşlər Nazirliyi səfirin hərəkətlərini müstəqil dövlətin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Böyük Britaniyanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və xəbərdarlıq edilib.

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab rəsmi Tehranı tənqid edərək səfirin polis tərəfindən bir neçə saatlıq saxlanılmasını qanunsuzluq adlandırıb.