logo

Təyyarə qəzasında ölənlərin əksəriyyəti İranda dəfn ediləcək

17:13 11-01-2020 | icon 2310
Təyyarə qəzasında ölənlərin əksəriyyəti İranda dəfn ediləcək

Ukraynaya məxsus “Boeing737-800” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların əksəriyyəti İranda dəfn ediləcək. Lakin bütün cəsədlərin şəxsiyyətini müəyyən etmək üçün ekspertlərdə hələlik lazımi qədər material yoxdur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki bu barədə Ukrayna Beynəlxalq Hava Yolları şitkətinin prezidenti Yevgeni Dıxne mətbuat konfransında bildirib. Onun sözlərinə görə, cəsədlər dörd müxtəlif xəstəxanada saxlanılır. Vətəndaşlıqlarından asılı olmayaraq, qohumları İranda yaşadıqları üçün qəza qurbanlarının çoxu orada dəfn ediləcək. Ukrayna vətəndaşlarının cəsədləri isə vətənlərinə gətirilə bilər.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 İran, 63 Kanada, 10 İsveç, dörd Əfqanıstan, üç Almaniya və üç Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələrinin Baş qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanmaz səhv” adlandırıb.