logo

Azərbaycan millisi "Tokio-2020" Olimpiyadasına gedə bilmədi

21:40 10-01-2020 | icon 3143
Azərbaycan millisi "Tokio-2020" Olimpiyadasına gedə bilmədi

Yanvarın 10-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirinin qrup mərhələsində sonuncu oyununu keçirib.

YeniAvropa xəbər verir  ki,  millimiz Niderlandın Apeldorn şəhərində Polşa yığması ilə qarşılaşıb. Görüş polşalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz qrup mərhələsi çərçivəsində Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə məğlub olub.

Qrupda keçirdiyi 3 oyunun hamızında məğlub olan Azərbaycan milli komandası Yay Olimpiya Olunlarında iştirak etmək şansını itirib. 

Qeyd edək ki, 8 ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa milliləri ilə birgə mübarizə aparıb. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayırlar.Qruplarda ilk iki yeri tutan konaddalar çarpaz şəkildə yarımfinal və final qarşılaşmalarında iştirak edəcəklər.Turnirin qalibi Yay Olimpiadasına lisenziya əldə edəcək.