logo

İlham Əliyev təhsil infrastrukturunun inkişafı ilə bağlı sərəncam imzalayıb

18:20 24-02-2018 | icon 3780
İlham Əliyev təhsil infrastrukturunun inkişafı ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncama əsasən 2017-ci ildə quraşdırılmış modul tipli 44 təhsil müəssisəsinin qazlaşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 830 min manatı Təhsil Nazirliyinə ayrılıb.