Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 51 milyard dolları ötüb.
YeniAvropa xəbər verir ki, bu fikri Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə səsləndirib.
E.Rüstəmov qeyd edib ki, bu göstərici ölkənin xarici borcundan 5 dəfə çoxdur və ümumi daxili məhsul səviyyəsindədir.