logo

Sabah İranda matəm günüdür

21:18 08-01-2020 | icon 2317
Sabah İranda matəm günüdür

İran hökuməti təyyarə qəzası qurbanlarının və Qasım Süleymaninin dəfn mərasimində ölənlərin xatirəsinə yanvarın 9-nu ölkədə matəm günü elan edib.

YeniAvropa  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmisi Əli Rəbieyi bildirib.

Qeyd edək ki, bu gün, yanvarın 8-də Tehrandakı İmam Xomeyni adına hava limanından  Kiyevə uçan Ukraynanın “Boeing -737” təyyarəsi havaya qalxdıqdan 2 dəqiqə sonra alığaraq yerə düşüb. Nəticədə 167 nəfər sərnişin, 9 ekipaj üzvü həlak olub. Təyyarədə bir çox ölkələrdən olan sərnişinlər olublar  və onların əksəriyyəti  Kiyevdən digər istiqamətlərdə uçmaq üçün Ukraynaya gedirmişlər. 
Yeri gəlmişkən xatırladaq ki, general Süleymaninin dəfn mərasimində izdihamda sıxıldığından 78 nəfər dünyasını dəyişib.