Bu gündən Ukrayna Beynəlxalq Hava Yolları Tehrana reysləri dayandırıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, şirkət Tehrana uçuşları müəyyən olunmayan müddətədək dayandırdığını bəyan edib.
Xatırladaq ki, qəzaya uğrayan “Boeing 737-800 NG” 2016-cı ildə birbaşa konsernin zavodundan alınıb. Sonuncu dəfə texniki baxışdan 2020-ci il yanvarın 6-da keçirilib. Qəzanın səbəbini Ukrayna, İran və “Boeing” şirkətinin mütəxəssisləri birgə araşdıracaqlar.