logo

AFFA-nın növbədənkənar konfransı keçirilir

11:10 08-01-2020 | icon 3220
AFFA-nın növbədənkənar konfransı keçirilir

Bakıda AFFA-nın növbədənkənar konfransı öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən ilin ölkəmiz üçün digər sahələrdə olduğu kimi, idmanda da uğurlu olduğunu deyib. O, cari ildə də bu uğurun davam etdiriləcəyinə əminliyini ifadə edib.

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Nizamnaməsinə edilən əlavə və dəyişikliklərin İcraiyyə Komitəsinin üzvləri ilə birgə məsləhətləşmələr nəticəsində gerçəkləşdiyini diqqətə çatdırıb.

AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlı Nizamnaməyə edilən əlavə və dəyişikliklərlə bağlı təkliflər arasında qurumun İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi, prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi və digər məsələlərin yer aldığını diqqətə çatdırıb.