logo

İranın Hərbi Hava Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib

10:12 08-01-2020 | icon 2240
İranın Hərbi Hava Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib

ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində yerləşən hərbi bazasındakı təyyarələr döyüş uçuşlarına başlayıb.

YeniAvropa İran mətbuatına istinadla xəbər verir ki, buna cavab olaraq İranın hava hücumundan müdafiə qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bununla yanaşı, İranın Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də havaya qaldırılıb.

Xatırladaq ki, ötən gecə İran İslam İnqilabının Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı hərbi bazalarını raket atəşinə tutub. İlkin məlumatlara əsasən ABŞ-a məxsus 1 hərbi təyyarə məhv edilib.