logo

Azərbaycan millisi "Tokio-2020" Olimpiadasına vəsiqə uğrunda mübarizəyə başlayır

09:25 07-01-2020 | icon 3115
Azərbaycan millisi "Tokio-2020" Olimpiadasına vəsiqə uğrunda mübarizəyə başlayır

Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinə start veriləcək.

 YeniAvropa xəbər verir ki, Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.

Azərbaycan millisi ilk görüşünü bu gün meydan sahiblərinə qarşı keçirəcək. Bu gün həmçinin Almaniya - Türkiyə və Polşa - Bolqarıstan qarşılaşmaları da olacaq.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə "Tokio-2020" Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı bəlli olacaq