logo

Ərdoğan da  general Süleymaninin qətlindən danışdı

10:49 06-01-2020 | icon 2527
Ərdoğan da  general Süleymaninin qətlindən danışdı

“Bölgə qaynayır. Bir tərəfdən, biz də Suriyada müəyyən çətinliklər yaşayırıq. Digər tərəfdən, Liviya ilə bağlı proseslər, bu məsələlərlə məşğul olduğumuz bir anda, məlum hadisənin baş verməsi düşündürücüdür. Bunu müəyyən etməliyik. ABŞ-İran gərginliyi artır. Bu gərginliyin nəzarət altında saxlanılması üçün bu günə qədər biz, Türkiyə olaraq, səylər göstərdik. Bütün səylərə baxmayaraq, ABŞ-İran gərginliyini həll etmək mümkün olmadı".

YeniAvropa xəbər verir  ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN TÜRK" və "Kanal D"nin ortaq yayımında gündəmdəki sualları cavablandırarkən deyib. 

Türkiyə lideri  “ABŞ-ın iranlı general Süleymanini İraqda öldürməsini necə qiymətləndirirsiniz? Bir tərəfdən, müttəfiqimiz ABŞ, digər tərəfdən, qonşumuz və Astanada eyni masada oturduğumuz İran var, bölgəni və dünyanı bundan sonra nə gözləyir?” suallarını cavablandırarkən deyib ki, bu, sadəcə İraqda meydana gələn hadisə deyil: “ Hadisə məkanı kimi İraqın seçilməsinin də mənası var. Məsələnin bölgəmizin sülhünə və sabitliyinə zərər verəcək tərəflərini vurğuladıq. ABŞ-ın İraqdakı bəzi hədəflərinə hücumla başlayan gərginlik Qasım Süleymaninin ölməsi ilə böhranlı bir mərhələyə çatıb. Həmişə xarici müdaxilələrin əleyhinə olmuşuq. Bu hücumu eyni cür qiymətləndirdik. Dünən onlarla görüşümdə Prezident kimi bəyanatımı verdim.

Xüsusilə, Süleymaninin Bağdadda öldürülməsi başda olmaqla, bölgəmizdəki sülhə və sabitliyə təhlükə yarandığını diqqətlə izləyirəm. Zərər görməzdən əvvəl bütün tərəflər nəzarət altına alınmalıdır. Yaxın Şərq çox yorulub. Bir anda ABŞ bölgəyə və bu sırada “Sülh çeşməsi” əməliyyatına böyük silah yatırımı qoyub. Digər tərəfdən, Rusiya. Cənuba enirik, rejim, aldığı çox böyük dəstəklə… bu dəstəklərin içində ABŞ, İran və Rusiya var. İdlib kimi bir yerdə indi 300 mindən çox insan sərhədlərimizə yüklənir. Bu insanları öz torpaqlarına köçürmək üçün cavabdehik, ancaq qış mövsümündəyik. Hər cür humanitar addımı atdıq.

Bu vaxt bəzi ölkələrin liderləri ilə, xüsusən Ruhani ilə söhbətim olub. İraq prezidenti ilə də. Qərb ölkələri ilə söhbətim olub. Ruhaniyə səbrlilik təklif etdim. Putin yanvarın 8-də gəlir. Bu məsələlər regionaldır. “Türkün axını” ilə bağlı problemləri də müzakirə edəcəyik”.

Bəs danışıqlarda liderlərin münasibəti necədir? İrandakı hadisələr narahatlıqları çox artırıb. Çətin bir coğrafiyada yaşayırıq. Ən pis ssenari nə ola bilər?

Türkiyə prezidenti xatırladıb ki, Süleymani bütün bu bölgəni bilən bir insan idi: “Bir insanı elə-belə tərifləməzlər. Burada məhz belə bir insanın seçilməsi… Əlbəttə, bəzi metaforalar edilir, İŞİD-in rəhbəri kimi bənzətmələr… Qasım Süleymani əslində, onların bənzətmələrindəki kimi, xəlifəlik həvəsində olan bir adam deyildi. Bu mövqedə olan şəxsin kimliyi bəllidir. Qasım Süleymani özünü isbatlamış və Xamenei tərəfindən qiymətləndirilmiş bir şəxs idi. ABŞ-ın belə bir məqamda olan adamı seçməsi bölgədə gərginliyin qat-qat artmasına səbəb olub. Düşünürəm ki, bir ölkənin ən üst mövqedəki komandanını öldürmək qarşılıq verilmədən qala bilməz. Buradakı seçim düzgün deyil. Bölgədə gərginliyin artmasına səbəb olmuş yanaşmadır”.

Ərdoğan həmçinin vurğulayıb ki, bu hadisə onun Trampla telefon danışmasından 4-5 saat sonra baş verib: “Mən Trampa İranla gərginliyi artırmamağı tövsiyə etdim”.

Türkiyə lideri jurnalistlərin digər suallarını da cavablandırıb.