logo

Binəqədidə dördotaqlı ev yanıb

23:49 05-01-2020 | icon 3647
Binəqədidə dördotaqlı ev yanıb

Binəqədi rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya  bildirilib ki, hadisə ümumi sahəsi 100 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli 4 otaqlı ev yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.