logo

Türkmənistan prezidenti Yeni il gecəsi dijeylik etdi

17:29 04-01-2020 | icon 2373
Türkmənistan prezidenti Yeni il gecəsi dijeylik etdi

Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib.

YeniAvropa xəbər verir ki, dekabrın 30-da Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov şəxsən dicey pultu arxasına keçib və bir saat ərzində bayram konsertinə aparıcılıq edib. Prezident növbə ilə öz treklərini səsləndirib, eyni zamanda zaldakılara dicey qurğusunun necə işlədiyini, musiqiyə xüsusi effektlərin necə verildiyini izah edib: