logo

İran region dövlətləri ilə birgə hərbi təlim keçirmək istəyir

16:59 04-01-2020 | icon 2219
İran region dövlətləri ilə birgə hərbi təlim keçirmək istəyir

İran region dövlətləri ilə birlikdə Xəzər dənizində də hərbi təlimlər keçirmək istəyir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın hərbi dəniz donanmasının komandani admiral Hüseyn Xanzadə deyib.

İran, Rusiya və Çinin birlikdə Sakit Okeanda keçirdikləri hərbi təlimləri dəyərləndirən admiral bildirib ki, kənar qüvvələrin regiona müdaxiləsi təhlükəsizliyin təmin olunmasına maneə törədir. Rəsmi Tehran Hind okeanında və Xəzər dənizində təhlükəsizliyi kollektiv şəkildə təmin etməyə çalışır və region dövlətlərini birgə hərbi təlim keçirməyə dəvət edir. İran, Rusiya və Çin hər il Hind Okeanı və Hörmüz boğazında hərbi təlim keçirmək haqqında razılığa gəliblər.