logo

Hacıqabulda ağır avtoqəzada 1 nəfər ölüb

12:45 04-01-2020 | icon 3752
Hacıqabulda ağır avtoqəzada 1 nəfər ölüb

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə ,hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-GH-604 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 99-EK-013 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə həmin vaxt “Opel”in arxa tərəfində dayanmış sürücü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.