Bakıda İran kinosu günlərinin açılışı olub
Fevralın 23-də Nizami Kino Mərkəzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə İran kinosu günlərinin açılışı olub.YeniAvropa xəbər verir ki, açılış mərasimində dövlət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səslənib.
Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və İran arasında dostluq, əməkdaşlıq münasibətləri ildən-ilə daha da genişlənir. Eyni sözləri iki ölkə arasında mədəni əməkdaşlığa da şamil etmək olar. Ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan nazir bunun ənənə şəklini aldığını söyləyib: “Elə il olmaz ki, Azərbaycanın sənətçiləri İranda keçirilən müxtəlif tədbirlərdə iştirak etməsinlər. Kinematoqrafçılarımızın birgə istehsalı olan filmlər beynəlxalq festivallara mükafata layiq görülüb. İki ölkənin birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar birgə fəaliyyətimizin uğurlu nəticəsini və mədəniyyətimizin dərin köklərə malik olduğunu göstərir".
İranın Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman ölkəsində ekranlaşdırılan filmlərdə əxlaqi və mənəvi dəyərlərə üstünlük verildiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da genişlənməsini arzu edən mərkəzin sədri deyib: “İran filmləri dünyada diqqət mərkəzindədir, hətta “Oskar” mükafatına layiq görülüb. Azərbaycan filmləri də beynəlxalq festivallarda xeyli uğurlar qazanıb. Sizin kinematoqrafçıların istehsalı olan filmlərinin İranda nümayiş olunmasını çox arzulayırıq”.
İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə kino günlərinin keçirilməsini dostluq və qardaşlığımıza bariz nümunə olduğunu, xalqların bir-birini yaxından tanımasına imkan yaratdığını bildirib.
Gecədə “Şəhriyar” adına ansambl musiqili proqramla çıxış edib.
Sonra İran kinematoqrafçılarının istehsal etdiyi “Cangüdən” bədii filmi nümayiş olunub.
Xatırladaq ki, fevralın 27-dək davam edəcək İran kinosu günləri çərçivəsində “Xəyalın şirin tamı”, “Divanə top”, “Ayaqqabım hanı?” bədii filmləri təqdim ediləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq