logo

Dünyanın ən varlı insanlarının adları açıqlandı

18:50 03-01-2020 | icon 2506
Dünyanın ən varlı insanlarının adları açıqlandı

“Bloomberg” nəşrinin versiyasına görə, 2019-cu il üzrə dünyanın ən varlı insanlarının adları açıqlanıb. Siyahıya ABŞ-ın texnologiya şirkəti “Amazon”un rəhbəri (CEO) Ceff Bezos başçılıq edir.

YeniAvropa xəbər verir  ki, ötən il onun sərvəti 2,91mlrd dollar və ya 2,5% artaraq 118 mlrd dollar təşkil edib.

Məlumata görə, növbəti pillələrdə ABŞ-ın “Microsoft” korporasiyasının rəhbəri Bill Gates və Fransanın “LVMH” şirkətinin rəhbəri Bernard Arnault qərarlaşıb. Onların sərvətləri bu il müvafiq olaraq 557 milyon dollar (təxminən 0,5%) və 761 milyon dollar (təxminən 0,7%) artaraq 114 mlrd və 106 mlrd dollara çatdırılıb.

Qeyd edək ki, siyahıda “Facebook”un yaradıcısı və CEO-su Mark Zuckerberg 80 mlrd dollarla 5-ci, Çinin elektron ticarət nəhəngi “Alibaba”nın keçmiş rəhbəri Jack Ma 47,7 mlrd dollarla 19-cu, “Tesla”nın rəhbəri Elon R.Musk isə 28 mlrd dollarla 35-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, “Lukoil” şirkətinin prezidenti Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov isə 22,7 mlrd dollarla 45-ci sırada qərarlaşıb. O sərvətini 328 mln dollar və ya 1,5% artırıb.