logo

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub

10:55 03-01-2020 | icon 2583
Yaponiyada 5,9 bal gücündə zəlzələ olub

Yanvarın 3-də Yaponiyanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Səhər saat 3:26 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Çiba prefekturasının şərq sahillərində, ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.