logo

Hollandiya adından rəsmən imtina edildi

19:37 02-01-2020 | icon 2464
Hollandiya adından rəsmən imtina edildi

2020-ci il yanvarın 1-dən etibarən Hollandiya rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.

YeniAvropa xəbər verir  ki, yeni qərara əsasən, tədris müəssisələri, özəl şirkətlər, mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.

Qərarda qeyd edilir ki, hökumət ölkənin yeni obrazını yaratmaq üçün belə qənaətə qəlib. Bildirilib ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında qurulacaq. Belə ki, Niderland adı beynəlxalq tədbirlərdə, həmçinin "Eurovision-2020" mahnı müsabiqəsində təbliğ olunacaq.

Bundan əlavə, ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edib.