logo

Kiyevdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

10:45 01-01-2020 | icon 2380
Kiyevdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Yanvarın 30-31-də Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə Ukraynanın Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasın tarixi barədə hər iki tərəfin ilkin razılığı alınıb. İclasda enerji, turizm, kənd təsərrüfatı sahəsində qarşılıqlı sərmayələrin qoyuluşu müzakirə ediləcək.

Xatırladaq ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının sonuncu iclası 2016-cı ilin iyul ayında Bakıda keçirilib.