logo

İlham Əliyev Ağstafada atçılıq kompleksin tikintisinə 5 milyon manat ayırıd

16:32 30-12-2019 | icon 2506
İlham Əliyev Ağstafada atçılıq kompleksin tikintisinə 5 milyon manat ayırıd

Prezident İlham Əliyev dekabrın 30-da “Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, sərəncamla  Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon 30 min manatı Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.