logo

Türkiyə hökuməti Liviyaya hərbi yardım etməyə hazırdır

15:59 29-12-2019 | icon 2450
Türkiyə hökuməti Liviyaya hərbi yardım etməyə hazırdır

Türkiyə hökuməti Liviyadakı legitim hakimiyyətə yardım göstərməyə hər an hazırdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə rəhbərliyinin qəti mövqeyi belədir. Türkiyə Böyük Millət Məclisi Liviya ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədi ratifikasiya edəndən sonra mövqelər daha da qətiləşib. Vəziyyəti şərh edən Milli Müdafiə naziri Hulusi Akar açıqlamasında deyib: “Türkiyə Silahlı Qüvvələri haqq və mənafelərimizi qorumaq üçün ölkə daxilində və sərhədlərimizdən kənarda lazımi addımları atmağa hazırdır”.

Qeyd edək ki, hazırda Liviyada qanuni hakimiyyət general Xəlifə Haftərin silahlı birləşmələri tərəfindən təhdid olunmaqdadır. Bəzi məlumata görə, Liviya hakimiyyətinin xain və terrorçu elan etdiyi Haftərin 30 mindən artıq silahlı tərəfdarı var.