logo

Özbəkistanın xarici borcu 21,5 milyard dollara çatıb

11:47 29-12-2019 | icon 2457
Özbəkistanın xarici borcu 21,5 milyard dollara çatıb

Bu il oktyabrın 1-nə Özbəkistanın xarici borcu 21,5 milyard dollara çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Özbəkistan Mərkəzi Bankının açıqlamasında bildirilib. Qeyd edilib ki, ilin əvvəlindən ölkənin xarici borcu 4,2 milyard dollar artıb. Bunun 3,7 milyard dolları dövlətin, qalanı isə özəl sektorun borcudur.

Məlumatda bildirilir ki, xarici borc əsasən ölkə iqtisadiyyatının gücləndirilməsi və regionların inkişaf etdirilməsi ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə alınıb.