logo

İlham əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsinə 3 milyon manat ayırdı

17:29 28-12-2019 | icon 2303
İlham əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev dekabrın 28-də “Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, sərəncamla Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.