logo

Azərbaycan prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib

10:59 27-12-2019 | icon 2436
Azərbaycan prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev dekabrın 27-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"