logo

79 yaşlı Ziyad Səmədzadə 5-ci dəfə deputat olmaq istəyir

20:17 22-12-2019 | icon 2548
79 yaşlı Ziyad Səmədzadə 5-ci dəfə deputat olmaq istəyir

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar (VI çağırış) parlament seçkilərində yenidən iştiraka qərar verən bitərəf millət vəkillərinin sayı 14-ə çatıb.

 YeniAvropa xəbər verir  ki, bir qədər əvvəl parlamentin buraxılmasına səs verən deputatlardan daha birisi - 79 yaşlı akademik Ziya Səmədzadə də 5-ci dəfə parlament seçkilərində namizəd olacaq. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri olan Ziyad Səmədzadə  bu dəfə də eyni dairədən-23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini irəli sürüb. 

Xatırladaq ki, bundan əvvəl  V çağırış Milli Məclisin üzvü olmuş daha 13  bitərəf deputat təkrar öz namizədliyini irəli sürüb. Bunlar aşağıdakılardır: Mahir Aslanov, Novruz Aslan, Əflatun Amaşov, Çingiz Qənizadə, Azay Quliyev, Ülvi Quliyev, Rüfət Quliyev, Adil Əliyev, Azər Kərimli, Hacı Madər Musayev, Səttar Mehbalıyev, Rasim Musabəyov, Fəttah Heydərov . 

Qeyd edək ki, ötən parlament seçkisində olduğu kimi, bu dəfə də hakim Yeni Azərbaycan Partiyası tərəfindən bitərəflərin dəstəklənəcəyi, onların irəli sürüldükləri dairələrdən YAP-ın namizəd verilməyəcəyi məlum olub.