logo

Parlament seçkilərinə qatılan  siyasi partiyaların sayı 19-a çatıb

18:44 22-12-2019 | icon 2317
Parlament seçkilərinə qatılan  siyasi partiyaların sayı 19-a çatıb

Gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 19-a çatıb.

 YeniAvropa xəbər verir  ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha dörd partiyanın – Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 15 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.