logo

Salyanda ailə faciəsi: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

21:50 21-12-2019 | icon 3899
Salyanda ailə faciəsi: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.

"Mitsubishi"markalı minik avtomobilinin aşması nəticəsində bir ailənin 5 üzvü  - sürücü  Hacıyev Ələsgər Aqil oğlu, Məmmədov Həsən Abdul oğlu, Məmmədova Zemfira Seyfulla qızı, Məmmədova Təranə Saleh qızı, və Məmmədova Şükriyyə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Təranə Məmmədova və Zemfira Məmmədova xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.