logo

Ərdoğan növbəti dəfə nikah şahidi olub

20:41 21-12-2019 | icon 2653
Ərdoğan növbəti dəfə nikah şahidi olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turhanın oğlunun nikah mərasiminə qatılıb.

YeniAvropa  “Anadolu” agentliyinə istinadən bildirir ki, mərasimdə həyat yoldaşı Əminə Ərdoğanla iştirak edən prezident nazirin oğlu Əbdülqədir Turhanla Merve Doğanayın nikah şahidi olub.

 Nikah şəhadətnaməsini gəlinə təqdim edən Ərdoğan cütlüyə xoşbəxtlik diləyib.

Xatırladaq ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan ötən ay hakim Ədalət və İnkişaf Partiyasının baş katibinin köməkçisi Mahir Ünalın qızı Elif Sena və Ali Yavuzun da nikah şahidi olublar.