logo

“Mercedes” “KamAZ”la toqquşdu: ölən var

19:31 21-12-2019 | icon 3969
“Mercedes” “KamAZ”la toqquşdu: ölən var

Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.Qeyd edilib ki, dekabrın 20-də saat 21 radələrində Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisində Sabirabad rayon sakini H.Səlimovun idarə etdiyi “Mercedes” və Şamaxı rayon sakini N.Əliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobilləri toqquşub. Nəticədə H.Səlimovun sərnişini, Bakı şəhər sakini Aydın Qədirov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır