logo

İlham Əliyev Binəqədidə yol təmirinə 8,7 milyon manat ayırdı

15:49 21-12-2019 | icon 2184
İlham Əliyev Binəqədidə yol təmirinə 8,7 milyon manat ayırdı

Prezident İlham Əliyev dekabrın 21-də “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb

Sərəncama əsasən, rayonun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon manat ayrılıb.