logo

İran Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində qərarlıdır

14:55 21-12-2019 | icon 2639
İran Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində qərarlıdır

İran ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın iqtisadi işlər və maliyyə nazirinin müavini Əli Mahmud Müsəvi deyib.

Parsabad əyalətində səfərdə olan nazir müavini iş adamları ilə görüşündə bildirib ki, iki qonşu və dost dövlətin qərarı ilə bu əyalətdə sənaye şəhərciyi salınacaq. Azərbaycanlı iş adamları ilə yanaşı, yerli sahibkarlar da buraya sərmayə yatıra bilərlər. Onun sözlərinə görə, sənaye şəhərciyinin yeri təsadüfən seçilməyib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə daxil olan dəmir yolu xətti bu ərazidən keçəcək ki, bu da istehsal olunacaq ixrac və idxal mallarının daşınmasını asanlaşdıracaq.

O, İran-Azərbaycan əlaqələrinin gələcəkdə daha inkişaf edəcəyini bildirib. Deyib ki, hər iki dövlətin başçısı xalqın mənafeyini rəhbər tuturlar.