logo

Tramp 2020-ci il üçün rekord hərbi büdcəni imzalayıb

13:20 21-12-2019 | icon 2443
Tramp 2020-ci il üçün rekord hərbi büdcəni imzalayıb

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə hərbi məqsədlər üçün 738 milyard dollar ayrılmasını nəzərdə tutan müdafiə büdcəsini imzalayıb. Bu, Birləşmiş Ştatlar tarixində rekord hərbi büdcədir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Senat tərəfindən təsdiqlənən büdcəyə “Şimal axını 2” və “Türk axını” qaz kəmərləri layihəsinin reallaşdırılması ilə məşğul olan kompaniyalara qarşı sanksiyalar da daxil edilib.

Sənədə əsasən, Pentaqonun baza ehtiyacları üçün 635 milyard dollar ayrılır. Vəsaitin 71,5 milyard dolları Əfqanıstan, Suriya, Yəmən və başqa ölkələrdə antiterror əməliyyatlarının davam etdirilməsinə, 31,5 milyard dolları isə nüvə silahının döyüş qabiliyyətinin saxlanmasına və onun modernləşdirilməsinə, həmçinin digər hərbi ehtiyaclara yönəldilir.

Büdcədə ABŞ-da yeni qoşun növünün – kosmik qoşunlarının yaradılması və Ukraynaya 300 milyon dollar həcmində yadım ayrılması da nəzərdə tutulub.

Qeyd edək ki, Birləşmiş Ştatların hazırkı büdcəsi əvvəlkindən 3,1 faiz çoxdur.