logo

Azərbaycan-Belarus ticarət dövriyyəsi 175 milyon dolları ötüb

11:59 21-12-2019 | icon 2492
Azərbaycan-Belarus ticarət dövriyyəsi 175 milyon dolları ötüb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 175 milyon ABŞ dollarını ötüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hesabat dövründə ölkəmizə Belarusdan idxalın dəyəri 156 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın dəyəri isə 19 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanla Belarusun ticarət dövriyyəsi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilə nisbətən təxminən 56 milyon dollar çoxdur.