logo

Adil Əliyev səs verib istefaya gönderdiyi parlamentdə yenidən deputat olmaq istəyir

23:21 20-12-2019 | icon 2345
Adil Əliyev səs verib istefaya gönderdiyi parlamentdə yenidən deputat olmaq istəyir

Milli Məclisin deputatı Adil Əliyev növbədənkənar parlament seçkisində iştirak edəcəyini rəsmən açıqlayıb.

YeniAvropa xəbər verir  ki, o, bu barədə Adil Əliyev sosial şəbəkə hesabından məlumat yayıb.

Adil Əliyev qərarını seçicilərin çoxsaylı xahişləri ilə əlaqələndirib.

O, yenidən Nərimanov rayonu, 20 saylı II Seçki Dairəsindən namizəd olacaq.

Xatırladaq ki, əvvəlki seçkidə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə rəqib olan Adil Əliyev bu dəfə onunla qarşılaşmayacaq. Belə ki, İsa Qəmbər 19 saylı Nərimanov I Seçki Dairəsindən namizədliyini irəli sürüb.