logo

Gələn ildən idxal məhsullarına karantin sistemi tətbiq ediləcək

13:59 20-12-2019 | icon 2408
Gələn ildən idxal məhsullarına karantin sistemi tətbiq ediləcək

Gələn ildən Azərbaycana gətirilən məhsullara idxal-karantin sistemi tətbiq olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə dekabrın 20-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda çıxışı zamanı deyib.

“Gömrük-keçid məntəqələrinə yaxın ərazilərdə heyvan, bitki mənşəli və digər qida məhsullarına münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndirilməsi keçiriləcək. Bununla da ölkəyə idxal oluna qida məhsullarının sürətli idxalına, təhlükəsizlik göstəricilərinin təmin olunmasına töhfə veriləcək”, - deyə o, vurğulayıb.