logo

Bakıda taksi sürücüsü itkin düşdü

12:15 20-12-2019 | icon 3766
Bakıda taksi sürücüsü itkin düşdü

Paytaxtda 31 yaşlı taksi sürücüsü itkin düşüb.

 YeniAvropa xəbər verir  ki, hadisə dekabrın 17-də paytaxtın Suraxanı rayon ərazisində baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 1988-ci il təvəllüdlü Hüseyn Bayramov yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki nömrəsiz ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, H.Bayramov evlidir, iki azyaşlı övladı var.