logo

SOCAR daha 4 sıxılmış təbii qaz məntəqəsi istifadəyə verib

11:48 20-12-2019 | icon 2667
SOCAR daha 4 sıxılmış təbii qaz məntəqəsi istifadəyə verib

“SOCAR Petroleum” QSC yanacaqdoldurma şəbəkəsinin inkişaf planına uyğun olaraq daha 4 CNG (sıxılmış təbii qaz) məntəqəsi istifadəyə verib.

QSC-dən YeniAvropa-ya  bildirilib ki, sıxılmış təbii qaz məntəqələri Xəzər rayonu, Mərdəkan-Qala yolayrıcının cənub-qərb hissəsindəki yanacaqdoldurma məntəqəsində (YDM); Bakı-Salyan şosesinin 70-ci kilometri, Hacıqabul-Astara yolayrıcı, yolun sağ tərəfindəki YDM-də; Bakı-Quba yolunun 28-ci kilometrində, yolun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığındakı YDM-də; Xətai rayonu, Nobel prospektindəki YDM-də açılıb.

Beləliklə də CNG məntəqələrinin sayı 9-a çatdırılıb.