logo

Kraliça Britaniyanın yeni parlamentin açılışını edib

18:17 19-12-2019 | icon 2576
Kraliça Britaniyanın yeni parlamentin açılışını edib

Böyük Britaniya Kraliçası II Elizabet yeni parlamentin açılışını edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,o, yeni hökumətin proqramını elan edib.

Brexit və milli səhiyyə sistemi Kraliçanın nitqində üstünlük təşkil edən məsələlər olub. Kraliça deyib ki, hökumətin prioriteti yanvarın 31-də İngiltərənin Avropa İttifaqından çıxmasını təmin etməkdir. O, həmçinin milli səhiyyə sisteminin maliyyələşdirilməsinin əsas diqqət mərkəzində olan məsələlərdən biri olduğunu vurğulayıb.

Kraliçanın nitqində elan olunan 30-dan çox qanun layihəsindən yeddisi Brexit-ə aid olub.