logo

Lerikdə avtomobilin körpüdən çaya aşıb: 2 nəfər həlak olub

20:59 18-12-2019 | icon 3612
Lerikdə avtomobilin körpüdən çaya aşıb: 2 nəfər həlak olub

Lerik rayonunun Şıxondi kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki, Noda kənd sakini 1985-ci il təvəllüdlü Mail Qurbanovun idarə etdiyi “KIA” markalı avtomobil körpüdən çaya aşıb. Nəticədə sürücü M.Qurbanov və sərnişini - 1981-ci il təvəllüdlü Nazim Ağayev hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin - 1982-ci il təvəllüdlü Vüsal Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəyə avtomobilin qarşısına mal-qaranın çıxması ilə əlaqədar sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırmalar aparılır.