logo

Moldova səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

18:15 18-12-2019 | icon 2324
Moldova səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfiri George Leuka ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olunub.

Nazir GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğulayıb və təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini bildirib, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Səfir George Leuka diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Bu xüsusda, diplomat Azərbaycanda və Moldovada keçirilən sərgilərin, konsertlərin, hər iki ölkənin milli bayramları münasibətilə təşkil olunan tədbirlərin, həmçinin azərbaycanlı və moldovalı müəlliflərin kitablarının hər iki dilə tərcümə olunmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfir George Leukanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.