logo

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Tbilisidə görüşəcəklər

17:51 18-12-2019 | icon 2233
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Tbilisidə görüşəcəklər

Dekabrın 23-də Tbilisid Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 8-ci üçtərəfli görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki,Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlunun üçtərəfli formatda keçiriləcək görüşündə tərəflər birgə həyata keçirilən iqtisadi layihələrə, gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Tbilisidə bu il oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.

Bu formatda XİN başçılarının son - yeddinci üçtərəfli görüşü ötən il oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.