logo

İlhəm Əliyevdən yeni təltiflər

17:25 18-12-2019 | icon 2443
İlhəm Əliyevdən yeni təltiflər

Prezident İlhəm Əliyev dekabrın 18-də kimyaçı alimi və dövlət qulluqçusunun ordenlərlə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.

Xatırladaq ki, kimyaçı alim  Vaqif Fərzəliyev 1939-cu ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor və kimya üzrə elmlər doktorudur. Sabah onun 80 yaşı tamam olur. 

Prezidentin imzaladığı digər bir sərəncamla isə  Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Şərif oğlu Mövsümov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatırladaq ki, Hüseyn Mövsümov 20 ildən artıq bir müddətdə prezidentin İcra Aparatında müxtəlif şöbələrdə-Ümumi şöbəsi müdirinin müavi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini  və s. vəzifələrdə çalışıb.