logo

Zelenski: Cənub Qaz Dəhlizi layihəsi Ukrayna tərəfindən xüsusi izlənilir

19:49 17-12-2019 | icon 2247
Zelenski: Cənub Qaz Dəhlizi layihəsi Ukrayna tərəfindən xüsusi izlənilir

Cənub Qaz Dəhlizi layihəsi Ukrayna tərəfindən xüsusi izlənilir.

YeniAvropa  xəbər verir ki, bu sözləri ölkəmizdə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 17-də prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Cənub Qaz Dəhlizi layihəsi də bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik”, - deyə Vladimir Zelenski vurğulayıb.