logo

SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək

19:17 17-12-2019 | icon 2282
SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək

SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək.

YeniAvropa  xəbər verir ki, bu sözləri dekabrın 17-də prezident İlham Əliyev Bakıda Ukrayna prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, 4 neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”, - deyə Azərbaycan prezidenti bildirib.