Mehriban Əliyeva Yelena Zelenskaya ilə Heydər Əliyev Mərkəzində olub
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzində olublar.
YeniAvropa xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən sərgilərə baxıblar.
Mərkəzin direktoru Anar Ələkbərov məlumat verib ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir.
Azərbaycanın birinci vitse-prezidenti və Ukrayna prezidentinin xanımı “Azərbaycan inciləri” sərgisində oldular.
Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.
Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.
Mərkəzdə yaradılan “Mini Azərbaycan” sərgisi isə Azərbaycanın tarixi və arxitektura binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı verir.
Mehriban Əliyeva və Yelena Zelenskaya “Kukla incəsənətdə” sərgisinə də baxıblar. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin də əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir və onların əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.
Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Qonağa Azərbaycan haqqında kitab hədiyyə edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir