logo

Şimali Makedoniya gələn ildən QDİƏT-in üzvü olacaq

23:43 16-12-2019 | icon 2415
Şimali Makedoniya gələn ildən QDİƏT-in üzvü olacaq

Şimali Makedoniya 2020-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv olacaq.

YeniAvropa xəbər verir  ki, təşkilatın Yunanıstanın sədrliyi ilə keçirilən son iclasında bu barədə müzakirələr aparılıb.

2020-ci ildə estafeti alacaq olan Rumıniyanın sədrliyi dövründə böyük ehtimalla Şimali Makedoniyanın üzvlüyü təsdiqlənəcək. Bu proses digər üzv ölkələrin səsverməsi ilə reallaşacaq.

Xatırladaq ki, indiyədək 12 ölkə-Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna , Yunanıstan və Ermənistan QDİƏT-ə üzv idilər.