logo

Ərdoğan "Evro2020"nin oyunlarını izləmək üçün Bakıya gələcək

09:49 16-12-2019 | icon 2380
Ərdoğan "Evro2020"nin oyunlarını izləmək üçün Bakıya gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Evro2020"nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələcəyi planlaşdırılır.

 YeniAvropa xəbər verir  ki, dövlət başçısı bu barədə  yerli TV-lə müsahibəsində bildirib.  O, artıq bu mövzuda prezident  İlham Əliyevlə də danışdığını bildirib.

"Bu da qəribə işdir - İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Digər iki matçımızı Bakıda keçirəcəyik. Oradakı oyunlara gedə, Romaya getməyə bilərəm. Ancaq digər iki görüş Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan əlavə, "Evro2020"nin 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

Xatırladaq ki, "Evro2020"nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.